Krasnoyarskdan Bakıya uçuşlar BAŞLAYIR

Krasnoyarskdan Bakıya uçuşlar BAŞLAYIR

Rusiyanın “İrAero” aviaşirkəti Krasnoyarskdan Bakıya uçuşlara başlayır.

Modern.az xəbər verir ki, bu barədə Krasnoyarsk Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 2-dən “İrAero” həftədə bir dəfə – bazar günləri Krasnoyarskdan Bakıya uçuşlar yerinə yetirəcək. “Superjet 100” təyyarəsi ilə həyata keçiriləcək uçuş 4 saat 50 dəqiqə davam edəcək.

COMMENTS