Krım Ukraynaya bu vaxt qayıdacaq – Kazarin

Krım Ukraynaya bu vaxt qayıdacaq – Kazarin

Krım SSRİ-nin çöküşündən sonra müstəqillik əldə edən Litvanın taleyini qismən təkrarlaya bilər.

Bu iddia ilə məşhur ukrayna jurnalisti Pavel Kazarin çıxış edib.

“Krım “Tolkin üzüyü” (“Üzüklərin hökmdarı” filmindəki üzüyə bənzətmə – red.) kimidir. Sən onu könüllü şəkildə verə bilməzsən, amma onu nə qədər çox daşısan, o qədər çox əcaib varlığa çevrilirsən. Rusiya Federasiya ilə eyni şey baş verir. Rusiya Krımı könüllü şəkildə verməyəcək, çünki o, Putinin siyasi uzunömürlülüyünün özünəməxsus qarantıdır. Ukrayna Krımı yalnız Rusiya imperiya olmaqdan imtina edib, özünü milli dövlət kimi tanımağa başlayanda qaytara biləcək”, – deyə o bildirib.

COMMENTS