“Krım Rusiyanın ayrılmaz hissəsidir”.
DOSYE.ORG xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Co Baydenin Krımla bağlı açıqlamasını şərh edərkən deyib.
Peskov əlavə edib ki, yarımadanın Ukraynanın tərkibinə daxil olacağını təsəvvür belə, edə bilməzlər.
Bir neçə gün əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin Krımı ələ keçirmək üçün hərbi addımlara hazırlaşdığını bildirib. Onun sözlərinə görə, Ukrayna öz ərazisini qaytarmağa mənəvi cəhətdən hazırdır.
Daha sonra ABŞ prezidenti Co Bayden bildirib ki, Krımın Ukraynaya qaytarılması dərhal baş verməyə bilər və ola bilsin ki, bundan əvvəl müəyyən keçid dövrü olar.
COMMENTS