Evə elektrik adı ilə daxil olub 4 min manat oğurladı


Evə elektrik adı ilə daxil olub 4 min manat oğurladı

Font ölçüsü

Səbail rayonu Xəqani küçəsində yerləşən mənzillərdən birindən oğurluq edilib.

Bu barədə zərərçəkən qadın Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinə məlumat verərək bildirib ki, evə elektrik adı ilə daxil olan bir nəfər onun başının qarışmasında istifadə edərək mənzildən 4000 manat oğurlayaraq hadisə yerindən qaçıb.

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, Bakı şəhər sakini Rasim Məmmədov saxlanılıb.

Onun üzərində şəxsi axtarış keçirilən zaman evdən oğurladığı pulların bir qismi aşkar olunaraq götürülüb. O, ifadəsində qeyd edilən evdən oğurluq etdiyini etiraf edib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.