Quba sakini Bakıya qonaq gəldi, maşını oğurlandı


Quba sakini Bakıya qonaq gəldi, maşını oğurlandı

Font ölçüsü

Qubadan Bakıya qonaq gələn şəxsin avtomobilini oğurlayıblar.

Dosye.org-un məlumatına görə, Quba sakini Ramil Adıgözəlov yanvar ayının 4-ü axşam saatlarında "VAZ 21-06" markalı, dövlət qeydiyyat nişanı 40-BP-896 olan avtomobili ilə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayan qohumugilə qonaq gəlib. O, avtomobilini qonaq gəldiyi evin qarşısında, Ruslan Allahverdiyev küçəsində saxlayıb. Axşam saatlarında isə maşın qapıdan oğurlanıb.

Avtomobil sahibi “102 xidməti”nə, həmçinin 40-cı Polis Bölməsinə məlumat verib. Ramil Adıgözəlov ehtimal edir ki, maşın səhərə yaxın oğurlanıb. Çünkü onun avtomobili yanvarın 5-i səhər saatlarında Bakı-Sumqayıt yolunda bir neçə dəfə kameralara düşüb.

Avtomobil sahibinin dediyinə görə, oğrular ona təxminən 6 min manata qədər ziyan vurublar.

Ev sahibi Baba Əliyev bildirir ki, ümumiyyətlə həmin məhəllədə bu kimi hallara heç vaxt rast gəlinməyib. Yəni bu hadisə ilkdir.

Məsələ ilə bağlı Binəqədi rayon polis bölməsindən bildirilib ki, hazırda oğurlanan avtomobilin tapılması istiqamətində işlər davam etdirilir.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.