Bakı sakinini küçədə soydular


Bakı sakinini küçədə soydular

Font ölçüsü

Bakı sakini küçədə soyğunçuluğa məruz qalıb.

Dosye.org "Trend"ə istinadən xəbər verir ki, bu barədə polisə Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbə sakini, 2001-ci il təvəllüdlü Məmmədbəyli Tofiq Toğrul oğlu məlumat verib.

O bildirib ki, martın 3-də tanışları Gülməmməd, Ceyhun və Ayxan adlı şəxslər paytaxtın Nəsimi rayonu, M.Qaşqay küçəsi 36 ünvanında onun "Samsung-J2-prima" markalı mobil telefonunu danışmaq adı ilə alsalar da, sonradan telefonu qaytarmayıb, hadisə yerindən qaçıblar.

Polisin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2000-ci il təvəllüdlü Məcidov Gülməmməd İlqar oğlu saxlanılıb, digər şəxslərin isə axtarışları davam etdirilir.

DOSYE.ORG

Xəbər Lenti

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.