“Kristal Abşeron”un parkı bağlandı, ağaclar yoxa çıxdı – ÖZBAŞINA QALIBLAR…

“Kristal Abşeron”un parkı bağlandı, ağaclar yoxa çıxdı – ÖZBAŞINA QALIBLAR…

Xırdalan şəhərində yerləşən “Kristal Abşeron-1” yaşayış kompleksindəki park bağlanıb.

Bu barədə İqtisadiyyat.az-a sakinlər məlumat verib.

Onlar deyir ki, bir müddətdir parkın bir hissəsi hasarlanıb, ərazidəki ağaclar çıxarılıb və parkın ərazisində tikinti işlərinə start verilib.

Kompleks nümayəndələri sakinlərə parkın ərazisində su anbarı inşa edildiyini söyləyiblər. Sakinlər isə parkda aparılan tikinti işlərindən narazı olduqlarını bildiriblər.

Parkətrafı ərazidən mənzil alan sakinlər deyir ki, su anbarının binaların həyətində inşa edilməsi təhlükəsizlik məsələlərinə xələl gətirə bilər. Eyni zamanda onlar məhz eyvanları park ərazisinə açıldığı üçün vaxtilə buradakı binalardan mənzil aldıqlarını söyləyiblər.

Buna görə də parkın ərazisindəki ağacların çıxarılmasını, burada hər hansısa tikinti işlərinin aparılmasını və bununla da park ərazisinin kiçildilməsini hüquqlarının pozulması kimi qiymətləndirirlər.

İqtisadiyyat.az sözügedən məsələ ilə bağlı 13 may 2024-cü il tarixində “Kristal Abşeron”a sorğu ünvanlayıb. Həmin vaxtdan iki həftə keçməsinə baxmayaraq, sorğumuza cavab verilməyib.

“Kristal Abşeron”un parkı bağlandı, ağaclar yoxa çıxdı“Kristal Abşeron”un parkı bağlandı, ağaclar yoxa çıxdı

COMMENTS