“Kristal Abşeron”un tikdiyi bina əyildi

“Kristal Abşeron”un tikdiyi bina əyildi

“Qobu Park-2” yaşayış kompleksində 17-ci binanın uçmaq təhlükəsi var.

Bu barədə Bakupost.az-a yerli sakinlər bildiriblər.

Sakinlərin dediyinə görə, “Kristal Abşeron” tikinti şirkətinin inşa etdiyi bina artıq əyilib.

“Məsələdən “Kristal Abşeron” şirkətinin rəhbərliyinin də xəbəri var. Əraziyə traktor gətiriblər. Divarlarda deşik açırlar ki, bərkitmə işi aparsınlar. Amma bunu savadsızcasına edirlər. Əyilən binanı bu üsulla saxlamaq, bərkitmək mümkün deyil. O bina mütləq sökülməlidir”, – deyə sakinlərdən biri bildirib.

DOSYE.ORG

COMMENTS