Krivotsyuk Cənubi Koreyada qol vurdu

Krivotsyuk Cənubi Koreyada qol vurdu

Cənubi Koreya çempionatında 11-ci turun oyunları keçirilib.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun da formasını geyindiyi “Daejeon” səfərdə “Qvanqyu” ilə qarşılaşıb. Görüşdə meydan sahibləri qələbə qazanıblar – 2: 1.

Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sondək oynayıb. Komandasının yeganə qolunu da 15-ci dəqiqədə Krivotsyuk vurub.

Qeyd edək ki, “Daejeon” hazırda 10 xalla 11-ci pillədə qərarlaşıb.

COMMENTS