Kuba Əsədə dəstək üçün Suriyaya qoşun yeritdi

Kuba Bəşər Əsədə yardım üçün, Suriyaya ordu göndərib.

Avropa.info xəbər verir ki, xəbəri ABŞ-ın   “Fox News” telekanalı yayıb.

Məlumata görə,  kubalı əsgərlər Suriyadakı vətəndaş  müharibəsində  rejimə bağlı qüvvələrin təliminə və Rusiya istehsalı olan tanklardan istifadə etməsinə yardım edəcəklər.

Xəbərə görə, Suriyadakı kubalı əsgərlərə Kuba Silahlı Qüvvələri Komandanı General Leopoldo Cintra Frias rəhbərlik edir.

COMMENTS