Küçədən kağız yığaraq yaşayan mühacirə iş təkliflərinin ardı-arası kəsilmir

Suriyadakı müharibədən qacaraq Türkiyəyə sığınan 44 yaşlı Nadir İbrahim 5 dil bilməsinə baxmayaraq 4 ildir küçələrdə zibillikdən kağız toplayaraq yaşayır.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nadir İbrahim iqtisadiyyat üzrə təhsil alıb və ərəb, fransız, italyan, ispan, ingilis dillərini bilir.

Yerli televizyaların birində həyat hekayəsini danışan Nadir Suriyada 2 iş yerinin olduğunu ancaq müharibə səbəbiylə ailəsi ilə birlikdə ordan qaçdığını, hal-hazırda ailəsinin Liviyada yaşadığını bildirib.

Televiziya praqramından sonra Nadirə Türkiyənin ayrı-ayrı bölgələrindəki bir çox şirkətlərdən iş təklif olunub və ailəsinə yaşamaq üçün ev veriləcəyi deyilib.

N.İbrahim iş təkliflərini götür qoy etdiyini bildirib və qeyd edib ki, münasib bildiyini qəbul edəcək. Suriyalı mühacir iş təklif edənlərə təşəkkür etməyi də unutmayıb.

Dosye.org

COMMENTS