Küçə itləri 2 yaşlı uşağın cinsi orqanını parçaladı – DƏHŞƏT… + FOTO


Ukraynada küçə itləri 2 yaşlı uşağın cinsi orqanını parçalayıb.
dosye.org xəbər verir ki, baş verən hadisə zamanı ad günü keçirilən “Yeqor” adlı uşaq ailəsinin bir anlıq diqqətsizliyi nəticəsində küçəyə çıxıb və bu zaman 2 itin hücumuna məruz qalıb.
Uşağın evdə olmadığını görən ailəsi həyəcanlı şəkildə bayıra çıxıb və oğullarının küçədə qanlar içərisində olduğu görüb. Dərhal azyaşlını xəstəxanaya aparan ailə hadisə nəticəsində uşağın cinsi orqanının və sol ayağındakı bud arteriyasının parçalandığını öyrənib.
Həkimlər hücum zamanı uşağın qan damarlarının, sidik kisəsinin və bağırsaqlarının zərər gördüyünü söyləyərək, 5 saat davam edən əməliyyatla orqanlarının xilas edildiyini söyləyib.
DOSYE.ORG

COMMENTS