Top.Mail.Ru

Kürdəmirdə ağır qəza

Kürdəmirdə ağır qəza

Kürdəmirdə baş verən yol qəzasında iki nəfər ölüb, daha üç nəfər xəsarət alıb.

Qəza zamanı 1983-cü il təvəllüdlü Bakı sakini Hüseynov Səbuhi Tahir oğlu ağır bədən xəsarətləri alıb.

Ondan başqa Bakı sakinləri – 2007-ci il təvəllüdlü Hüseynov Ayxan Səbuhi oğlu və 1983-cü il təvəllüdlü Mətləb Yusifov dünyasını dəyişib.

Qəza zamanı xəsarət alan digər iki nəfərin vəziyyəti normaldır.

Qeyd edək ki, hadisə Sığırlı kəndində baş verib. “Toyota Land Cruiser” markalı, “90-AA-047” dövlət seriya nişanlı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. (report)

DOSYE.ORG

COMMENTS