Kürdəmirdə Azərbaycan bayrağı yandırıldı?

Kürdəmirdə naməlum səbəbdən Azərbaycan bayrağı yanıb.

 

Bu barədə “Brifinq.com” saytı xəbər verir.

Hadisə bu gün günorta saatlarında Kürdəmirin mərkəzində, Dövlət Bayrağı Meydanında baş verib.

Bayrağın yanması nəticəsində yaranan hisdən bayraq dirəyinin də bir hissəsi qaralıb.

Dərhal əraziyə çox sayda polis əməkdaşı cəlb edilib.

Əraziyə gələn Kürdəmir rayon icra hakimiyyətinin əməkdaşları bayraq meydanında yanğının fəsadlarını aradan qaldrımağa çalışıb.

Hələki bayrağın hansı səbəbdən və kim tərəfindən yandırılması məlum deyil.

Hər halda yerdən bir neçə metr yüksəkdə olan bayraq öz-özünə alışıb yanmaz.

Faktla bağlı araşdırma aparılır.

COMMENTS