Kürdəmirdə qardaş qardaşı bıçaqladı

Kürdəmirdə qardaş qardaşı bıçaqladı

DOSYE.ORG xəbər verir ki, hadisə rayonun Şahsevən kəndində qeydə alınıb.

Belə ki, aralarında yaranan ailə münaqişəsi zəminində 32 yaşlı Rəşad Hacıağa oğlu Əhmədov qardaşı tərəfindən bıçaq xəsarəti alıb. Yaralı dərhal ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və əməliyyata götürülüb.

Hadisəni törədən qardaş isə polis əməkdaşları tərəfindən saxlanılıb. Fakt araşdırılır.

COMMENTS