Suriyadakı kürd könüllü silahlı dəstələri Rakka əyalətinin – İŞİD terror qruplaşmasının nəzarətindəki ən mühüm bölgənin sərhədlərinə yaxınlaşıb.
Musavat.com-un BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə Britaniyada mənzillənən insan haqları üzrə Suriya monitorinq mərkəzi məlumat yayıb.
Hüquq müdafiəçilərinə görə, kürd birləşmələri və yerli silahlı qruplaşmalar “xilafətin” paytaxtı sayılan Rakkayadək 20-yə yaxın kəndi azad ediblər.
Kürd silahlı birləşmələri yanvar ayında ABŞ başda olmaqla koalisiya qüvvələrinin aviasiya zərbələri hesabına Kobani şəhərini azad etdikdən sonra cənub istiqamətdə hərəkətə keçiblər.
Musavat.com
COMMENTS