Kürd terroristi məhv edildi

Güney Azərbaycanın qərb bölgəsində yerləşən Sərdəştdə (Sarı Daş) mühacir kürdlərdən biri İranın təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

 

“Pjak” terror təşkilatına bağlı olduğu bildirilən terrorist təhlükəsizlik qüvvələri tərəfindən açılan atəş nəticəsində həlak olub.

Öldürülən terroristin cəsədi avqustun 19-da (mordadın 28-də) yerli əhali tərəfindən Sərdəştin ətraf məntəqələrinin birində tapılıb. Öldürülən şəxsin Qərbi Azərbaycanda fəal olan “Pjak” terror təşkilatı ilə əməkdaşlıq etdiyi bildirilib.

Qeyd edək ki, son zamanlar kürd terroristlərinin sayı Güney Azərbaycanın qərb bölgəsində artıb. Kürd terror təşkilatları Qərbi Azərbaycan Vilayətini (ostan) Kürdistan ərazisi kimi qələmə verir və onlara bağlı kütləvi informasiya vasitələri Azərbaycan torpaqlarını Kürdistan ərazisi kimi təqdim edir. Hətta radikal kürdlər ölkə daxilində rəsmi səviyyədə də buna cəhd edir və bu zəmində kürd millət vəkillərinin rəsmi açıqlamaları var. Onlar Qərbi Azərbaycan torpaqlarında Kürdistan vilayəti yaratmaq üçün dəfələrlə çaba göstəriblər. İran rejimi Qərbi Azərbaycanın kürdləşdirmə prosesində iştirak edir, lakin müəyyən səbəblərə görə zaman-zaman İranın təhlükəsizlik qüvvələri ilə kürd terrorçuları xüsusi ilə Pjak yaraqlıları arasında toqquşmalar baş verir

COMMENTS