Kürdlər: “Biz Türkiyənin dostuyuq”

“Türkiyəni kürdlər yox, sərhədlərindəki İŞİD narahat etməlidir”.

Bu açıqlama ilə İraq Kürd Regional Rəhbərliyinin sədri Məsud Bərzaninin böyük oğlu Məsrur Bərzani çıxış edib.

O, Türkiyənin İŞİD-ə qarşı daha güclü mübarizə aparmasına ehtiyac olduğunu bildirib: “Türkiyəni kürdlər yox, sərhədlərindəki İŞİD narahat etməlidir.

Əslində Türkiyə sərhədlərini türklərin dostu olan kürdlər tərəfindən idarə edilməsini məmnuniyyətlə qarşılamalıdır. Burada söhbət peşmərgədən yox, daha mülayim olan bir çox başqa kürd gücündən gedir.

Əgər Türkiyənin müəyyən bir qrupa bağlı narahatlığı varsa, bütün mülayim qüvvələrin qatılacağı bir koalisiyanın yaradılmasına kömək etməlidir”.

Axar.az

COMMENTS