Suriyanın şimalında, Türkiyə ilə sərhədin yaxınlığında yerləşən Kobanidə kütləvi qətl törədilib.
Kürdlərin PKK terror təşkilatının Suriyadakı bölməsi olan PYD/YPG qruplaşması Kobanidəki Miştenur xəstəxanasında 19 həkim, 28 tibb bacısı və 100 xəstəni partladılıb.
Milli.Az AHT-yə istinadən bildirir ki, 4 ay əvvəl Kobanidən qaçan “İraq və Şam İslam Dövləti” (İŞİD) terrorçuları əks-hücuma keçərək Miştenur xəstəxanasının binasını ələ keçirmişdilər.
PYD/YPG qüvvələri xəstəxananı geri almağa çalışsalar da, niyyətlərinə çatmayıblar. Belədə onlar xəstəxana binasını partladıblar.
Binadan sağ çıxan yoxdur.
Kürdlər xəstəxananın partladılmasını böyük qələbə kimi təqdim ediblər.
PYD/YPG qüvvələrinin Siyasi Komitəsinin sədri Ömər Alluşun dediyinə görə, onlar İŞİD-in xəstəxanaya sığınmış 15 terrorçusunu məhv etmək üçün binanı partladıblar. O, partlayış zamanı binada həkimlərin və xəstələrin də olduqlarını istisna etməyib.
COMMENTS