Küveytin “Əl-Ray” qəzeti Mehriban Əliyevadan yazıb

Küveytin “Əl-Ray” qəzeti Mehriban Əliyevadan yazıb

mehribanaliyeva.jpg

Küveytin geniş oxucu kütləsinə malik “Əl-Ray” qəzetinin 25 avqust tarixli nömrəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətindən bəhs edən məqalə dərc olunub.

Bu barədə Azərbaycanın Küveytdəki səfirliyindən AzərTAc-a məlumat verilib.

Tanınmış jurnalist Ğada Əbdussalamın müəllifi olduğu məqalədə Heydər Əliyev Fondunun Azərbaycanda və onun hüdudlarından kənarda həyata keçirdiyi layihələr, Fondun prezidenti Mehriban Əliyevanın milli mənəvi dəyərlərimizin qorunub saxlanmasında, eyni zamanda, dünyada təbliğində rolu, Azərbaycanda və ölkə xaricində xeyriyyəçilik fəaliyyəti, elm təhsil, səhiyyə, idmanın inkişafına diqqət və qayğısı barədə ətraflı məlumat verilir.

Modern.az

COMMENTS