Ləğv olunacaq partiyaların – SİYAHISI

Ləğv olunacaq partiyaların – SİYAHISI

Azərbaycanda aktiv siyasi fəaliyyətdən kənarda qalan, seçkilərə qatılmayan partiyaların qeydiyyatı ləğv olunacaq.

Bu barədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.

Deputatın sözlərinə görə, hazırda bununla bağlı qanun layihəsi hazırlanır: “İctimai birliklər və dini qurumlar komitəsində bununla bağlı qanun layihəsi hazırlanır. Çox güman ki, Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq. Dünyanın bir çox ölkəsində seçkidə iştirak etməyən partiyalar, ümumiyyətlə fəaliyyət göstərməyən partiyaların qeydiyyatı ləğv edilir. Avropa İttifaqına, Avropa Şurasına daxil olan ölkələrdə belə hallar var, mövcuddur”.

Nəzərə çatdıraq ki, Azərbaycanda bu günə qədər 55 siyasi partiya Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. 9 milyondan çox vətəndaşı olan ölkədə 55 siyasi partiyanın aktiv siyasi fəaliyyət göstərməsi mümkün olmadığı kimi, bu partiyaların da bəzilərinin yalnız kağız üzərində adı var.

Qeydiyyata alınan partiyalardan yalnız bir qismi prezident, parlament və bələdiyyə seçkilərində iştirak edir, ölkədəki ictimai-siyasi proseslərə qatılır, mətbuat səhifələrində qiyabi də olsa öz varlıqlarını nümayiş etdirə bilirlər.

Bu ilin noyabrında keçirilən parlament seçkilərindən bir neçə partiya qanunverici orqanda təmsil olunmaq haqqı qazanıb. YAP istisna olmaqla digər partiyalar Milli Məclisdə cəmi bir deputatla təmsil oluna biliblər:

Yeni Azərbaycan Partiyası – 71 mandat,

Vətəndaş Həmrəyliyi Partiyası – 2 mandat (Fəzail İbrahimli, Rafael Hüseynov),

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – 1 mandat (Qüdrət Həsənquliyev),

Demokratik İslahatlar Partiyası – 1 mandat (Asim Mollazadə),

Böyük Qurtuluş Partiyası – 1 mandat (Fazil Mustafa),

Milli Dirçəliş Hərəkatı Partiyası – 1 mandat (Fərəc Quliyev),

“Ana Vətən” Partiyası – 1 mandat (Fəzail Ağamalı),

Vətəndaş Birliyi Partiyası – 1 mandat (Sabir Hacıyev)

Azərbaycan Sosial Rifah Partiyası – 1 mandat (Xanhüseyn Kazımlı),

Vəhdət Partiyası – 1 mandat (Tahir Kərimli),

Azərbaycan Demokratik Maarifçilik Partiyası – 1 mandat (Elşən Musayev),

Azərbaycan Sosial Demokrat Partiyası – 1 mandat (Araz Əlizadə),

Ədalət Partiyası və Ümid Partiyası isə parlamentdəki yerini itirib.

Radikal müxalifətdə təmsil olunan Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi

Partiyasının siyasi fəaliyyəti daha çox mətbuat səhifələrində, sosial şəbəkələrdə hiss olunur.

Siyasi arenada bəzi partiyalarda var ki, onları dəstəkləyən məhdud bir çevəsi var. Yəni, bir sədri, bir müavini, bir də portfeli olan partiyalar…

Azərbaycan Kommunist Partiyası

Azərbaycan Liberal Partiyası

Azərbaycan Sosial Demokrat Partiyası

Azərbaycan Xalq Partiyası

Klassik Xalq Cəbhəsi Partiyası

Vətəndaş və İnkişaf Partiyası

Aydınlar Partiyası

Azərbaycan Demokrat Partiyası

Müasir Müsavat Partiyası

Azərbaycan Milli İstiqlal Partiyası

Azərbaycan Liberal Partiyası

Azadlıq Partiyası

Vətəndaş və İnkişaf Partiyası

Azad demokratlar partiyası

Siyasətdə aktiv iştirak etməyən, yeni qanun layihəsinə əsasən fəaliyyəti dayandırılacaq partiyalar isə bunlardır. Təqdim etdiyimiz partiyaların nə sədrləri bəllidir, nə də siyasi fəaliyyətləri…

Azərbaycan Dünyəvi (Bozqurd) Partiyası

Dirçəliş və Tərəqqi Partiyası

Xalq Demokratik Partiyası

Milli Demokrat İdrak Partiyası

Kəndli Partiyası

Birlik Partiyası

Vahid Azərbaycan Milli Birlik Partiyası

Vahid Azərbaycan Partiyası

Demokratik Azərbaycan Dünyası Partiyası

Müstəqil Azərbaycan Partiyası

Milli Qurtuluş Partiyası

Yurddaş Partiyası

Qorqud Partiyası

Milli Hərəkat Partiyası

Milli Dövlətçilik Partiyası

Vətənpərvərlər Partiyası

Demokratik Sahibkarlar Partiyası

Azərbaycan Naminə Alyans Partiyası

Demokratik Maarifçilik Partiyası

Vahid Kommunist Partiyası

Sosial Ədalət Partiyası

Milli Konqres Partiyası

Vəhdət Partiyası

Respublikaçılar Partiyası

Liberal Demokrat Partiyası

Mübarizlər Partiyası

Milli Vəhdət Partiyası

Azad Respublikaçılar Partiyası

Tərəqqi Partiyası

Böyük Azərbaycan Partiyası

Təkamül Partiyası

Vətəndaş Birliyi Partiyası

Aydınlar Partiyası

Yeni Nəsil Azərbaycan Kommunist Partiyası(azvizion.az) 

COMMENTS