Lənkəran Dövlət Universitetində şıdırğı alver gedir. Bu sözləri dosye.org-a Lənkərandakı mənbəmiz bildirdi. Məlumat üçün bildirək ki, Lənkəran Dövlət Universitetin rektoru Asəf İsgəndərovdur.
Mənbə daha sonra əlavə edir ki, rektor A. İsgəndərov özünəməxsüs formada ali təhsil ocağına rəhbərlik edir. Belə ki, universitetin daxilində höküm sürən özbaşınalıqlara görə, qeyri ixtisaslardan alim kəşf etdilir. Bu da birbaşa Asəf müəllimin tapşırığına əsasən həyata keçirilir.
Bunlardan əlavə rektorun “sərəncamına” əsasən “3” qiymət 30 manat, “4” qiymət 70 manat, “5” üçün isə 100 manat tələb edilir. Təbii ki, rüşvət üzərində qurulan təhsil keyfiyyətsiz və yararsız materiala bənzəyər. Bəli, bu gün Lənkəran Dövlət Universiteti acınacaqlı günlərini yaşayır. 3 min manatı olan istənilən şəxs universitetdə lobarant işi ilə təmin edilə bilər.
Məlumatlarda o da vurğulanır ki, illərlə universitetdə çalışmış müəllim kollektivi işdən azad olunaraq yerlərinə əslən Lerik rayonundan olan müəllimlər sifariş edilir. Universitetin daxilindən sızan məlumatlara inansaq A. İsgəndərov “təqdirəlayiq” işlərini bir necə müəllimə həvalə edib. Dekan Məlahət müəllimə(bioloq), Kamran Kazımov (fioloq) və Rəşad müəllim(coğrafiyaşı) olduğu bildirilir.
Dosye.org olaraq inanırıq ki, Lənkəran Dövlət Universitetində baş verən xoşagəlməz olaylara birbaşa Təhsil Naziri Mikayıl Cabbarov nəzarətə götürəcək.
Məqalədə adı hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Dosye.org
COMMENTS