Lənkəran Dövlət Universitetində nələr yaşanır?

Lənkəran Dövlət Universitetində nələr yaşanır?

Lənkəran Dövlət Universitetindən verilən məlumatlara görə, pul müəllimləri elə bir vəziyyətə gətirib ki, onlar sanki ali təhsil ocağında deyil, “bazar” da çalışan  ticarətçiləri xatırladır.

 

Nəzərinizə çatdıraq ki, Lənkəran Dövlət Universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf İsgəndərovdur. Onun əldə etdiyi titullar haqda danışarkən ilk növbədə məsüliyyətli olduğunun bariz nümünəsindən xəbər verir. Əfsüslər olsun ki, Asəf müəllim bəzi problemlərin həlli istiqamətində etibar etdiyi müəllimlər ona layiqincə “kələk” gəlir.

Mətləbə keçməzdə öncə bildirək ki, universitetin daxilində baş verən olaylar yalnız bir yolla həll edilir. Bu da əlbətdə ki, dekanların tələbələrə yüklədiyi məbləğdir. Etibarlı mənbəmizin verdiyi məlumatlara görə, universitetdə maraqlı anlar yaşanır. Belə ki, nizam-intizama tabe olmayan tələbələr birbaşa dekanların tədbiq etdikləri cərmələr hesabına həllini tapır. Əgər hər hansı bir tələbə “yüklənən” məbləği ödəməkdən boyun qaçırırsa onu daha da ağır cəza gözləyir. Əslən Cəlilabad rayonundan olan tələbə bizimlə telefon danışığı zamanı bildirdi ki, törətdiyi əməllərə görə universitetə buraxılmır. Bizdən köməklik diləyən şikayətçi tələb olunan pulu verməkdən boyun qacırdığına görə Elmi işlər üzrə prorektor Ramiz Şəmmədov tərəfindən incidildiyini bildirdi. Hətda tələbənin dediyinə inansaq yüksək məbləğ tələb edilib. Məsələ ilə bağlı Lənkəran Dövlət Universitetin rektoru Asəf İsgəndərov və prorektor Ramiz Şəmmədovla telefon əlaqəsi yaratmağa çalışdıq. Əfsüslər olsun ki, zənglərimiz cavabsız qaldı. Qarşı tərəf kimi, məqalədə adı hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Dosye.org

P.S. İndicə əldə etdiyimiz məlumata görə yuxarıda qeyd edilən Cəlilabad rayonundan olan tələbə və onun qurup yoldaşı 1500 manat ödədikdən sonra məsələ tam həllini tapıb.

COMMENTS