Ötən yazılarımızda Lənkəran Dövlət Universiteti ilə bağlı bəzi məlumatlar vermişdik.
Universitetlə bağlı dosye.org-ın əldə etdiyi digər bir məlumat isə daha maraqlıdır. Belə ki, bu günlərdə universitetin idman zalında oğurluq hadisəsi baş verib. Mənbəmizin verdiyi məlumata görə idman zalında oğurlanan əşyalar olduqca qiymətli hesab edilir.
Lakin rektor baş verən hadisənin yayılmasından ehtiyatlanaraq təcili toplantı keçirib. Nəhayət toplantıda qərara alınıb ki, oğurlanan idman alətlərini məhz muhafizəçi Əsəd (soyadını dəqiqləşdirə bilmədik) adlı şəxs ödəməlidir.
Maraqlıdır, görən oğurluq hansı səbəbdən gizlədilir? Yaşlı, hətda xəstə olduğu bildirilən Əsəd kişi ödəməlidir? Lənkəran Dövlət Universitettində baş verən qalmaqallı hadisələr bununla bitmir. Növbəti yazılarımızda rektor A. İsgəndərovun torpağ “əməliyatından” bəhs edəcəyik.
Mövzüya yenidən qayıdacıyıq.
Dosye.org
COMMENTS