Lənkəran şəhər Heydər Əliyev Mərkəzində məktəbli gənclərin I rayon forumu

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində məktəbli gənclərin I rayon forumu

1 May 2015 – ci il tarixində Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin və Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider H.Əliyevin 92 –ci ildönümünə həsr olunmuş  məktəbli gənclərin I rayon forumu keçirilmişdir.

İştirakçılar öncə Mərkəzin memorial muzeyində ulu öndərin büstünü ziyarət etmişlər. Forumda Mərkəzin rəsm studiyasının istedadlı gənc rəssamlarının əl işlərinin satış sərgisinin təqdimatı keçirilmişdir.Sərgidə Azərbaycan xalqının  böyük oğlu  , görkəmli dövlət xadimi  Heydər Əliyevin parlaq ideyalarına və əziz xatirəsinə ithaf olunmuş əsərlər nümayiş etdirilmişdir.Sonra forum H.Əliyevin ictimai –siyasi fəaliyyətini əks etdirən sənədli filmın nümayişi ilə öz işini davam etdirmişdir.   “H. Əliyev  irsinin gənc nəslə çatdirilması bizim əsas  missiyamızdır” mövzusunda Mərkəzin baş mühafizi A. İbrahimovanın, “ H.Əliyev tarixi irsinin şagirdlərə aşılanmasında istifadə olunan metodlar” mövzuzunda şəhər 6 saylı tam orta məktəbin direktor müavini  Z. Baxşıyev , “H.Əliyev bizim üçün kimdir?” mövzusunda 5 saylı tam orta məktəbin xı-sinif şagirdi  N. Əkbərlinin, “O hər zaman qəlbimizdə yaşayacaq” mövzusunda 10 saylı tam orta məktəbin ıx sinif şagirdi N. Eyniyevanın ,1saylı tam orta məktəbin vıı sinif şagirdi  H. Əsədovun, “Biz böyük bir amalın varisləriyik ” mövzusunda 4 saylı tam orta məktəbin vıı sinif şagirdi  J. Əliyevanın, H.Əliyev Mərkəzinin direktoru S.Şəfiyevanın və Şəhər Təhsil Şöbəsinin müdür müavini G.Bağırovun və Lənkəran şəhər icra hakimiyyəri ictimai –siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi K.Manafovanın çıxışları dinlənilmişdir. Forumda H.Əliyevin xatirəsinə həsr olunmuş müsabiqənin  “Ən yaxşı şagird” ,”Ictimai fəal şagird” və “Gənc istedad “ nominasiyası üzrə qalibləri H.Əliyev Mərkəzinin xüsusi diplomları ilə  təltif olunmuş ,5 salı tam orta məktəbin bədii qiraətçilərinin ifasında Ulu Öndərə həsr olunmuş kompozisiya səslənmişdir. Çıxışlarda  birmənalı olaraq vurğulanmışdır ki , H.Əliyev Azərbaycan dövlətinin və xalqının xilaskarı , iki əsrin nəhəng ictimai xadimi ,siyasi lideridir.Ölkəmizə rəhbərlik etdiyi dövrlərdə o hər zaman bütün sahələrin inkişafı ilə yanaşı  böyüməkdə olan gənc nəslə də  diqqət və qayğını ön plana çəkmişdir. Cünki Ulu öndərimiz yaxşı bilirdi ki , Azərbaycanın sabahı  məhz bu günki nəslin  formalaşması istiqamətindən çox asılıdır . O gənc nəslin fiziki,mənəvi və intellektual inkişafına ,mili vətənpərvərlik ruhunda böyüməsinə son dərəcə önəm və dəyər verən dövlət başçısı olmuşdur. Əslində gənc nəslin yetişməsi  istiqamətində məsələyə bu rakusdan yanaşmaq elə özü vətənimizin , torpağımızın ,dövlətimizin və xalqımızın sabahına yönəlmiş çox düzgün və çox  böyük siyasətin təzahürüdür.Bu gün Heydər Əliyev dühasının bəxş etdiyi müstəqill Azərbaycanda mili təhsilin və tərbiyənin inkişafına yönəldilmiş dövlət proqramları və H.Əliyev Fondunun layihələri  çərçıvəsində  məktəbli gənclər üçün  fundamental işlər  həyata keçirilir.Və sözsüz ki bu işlərin qayəsində duran əsas məqsəd  – gələcək nəslə Vətən amalı hisslərinin aşılanması ,Azərbaycançılıq ideologiyası- mili və eyni zamanda bəşəri dəyərlər ruhunda tərbiyə məsələləri durur.Ümummili Liderimiz yeni nəslin yetişdirilməsi,təhsili və tərbiyəsi məsələləri ilə bağlı aidiyyati dövlət qurumları və təhsil müəsisələri qarşısında böyük vəzifələr qoyşumdur. Bütövlükdə onun zəngin və tarixi irsinin öyrənilməsi özü böyük bir həyat məktəbidir. Bu dahi insanın həyatı hər bir məktəbli gənc üçün böyük örnək olmalıdır.

COMMENTS