Top.Mail.Ru

Lənkəranda 4 otaqlı ev yanıb

Lənkəranda 4 otaqlı ev yanıb

Lənkəran şəhərinin Girdəni kəndində ümumi sahəsi 195 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 100 m² sahədə yanıb.

“Qafqazinfo” bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

DOSYE.ORG

COMMENTS