Lənkəranda “Aşkarlıq” qəzetinin 20 illiyi qeyd olunub

Mətbuat günü münasibətilə Lənkəranda növbəti tədbir kecirilib.

Tədbirdə çıxış edən Milli Məclisin Sosial-Siyasət Komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, Lənkəranda cıxan qəzet və jurnalların böyük ənənələri, təqdirəlayiq məktəbləri var. Deputat bildirib ki, bölgədə böyük populyarlıgı ilə secilən “Aşkarlıq” qəzetinin 20 illiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş milli mətbuatımızın 140 illiyinin qeyd edildiyi bir vaxta təsadüf edir. O, qəzetin kollektivini təbrik edib.

Millət vəkili qeyd edib ki, “Aşkarlıq” qəzeti 20 illik fəaliyyəti dövründə dövlətçiliyin, milli ideologiyanın keşiyində dayanaraq, cəmiyyətin, çoxsaylı oxucuların tribunasına çevrilib.

“Lənkəran” qəzetinin baş redaktoru İltifat Əhmədov, rayon Ağsaqqalar Şurası sədrinin müavini Sərhad Məmmədov, “Palıdlı Sahil” istirahət mərkəzinin direktoru Şadil Xəzail və başqaları ürək sözlərini söyləyərək, “Aşkarlıq”ın cənub bölgəsində gedən ictimai-siyasi və mədəni inkişaf prosesinin fəal üzvü və Azərbaycançılıq ideologiyasına sadiq olduğunu bildiriblər.

1971-ci ildən mətbuatda çalışan, jurnalistlik fəaliyyətinin 25 ilini qəzet redaktorluğuna həsr edən Etibar Əhədov təsisçisi və baş redaktoru olduğu “Aşkarlıq” qəzetinin 20 illik fəaliyyəti haqqında danışıb, tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.

“Palıdlı sahil” istirahət mərkəzinin rəhbərliyi tərəfindən “Aşkarlıq” qəzetinin kollektivinə xüsusi ödül verilib və mükafat təqdim edilib. Tədbirdə Azərbaycan mətbuatının 140 illiyini əks etdirən viktorinalar, müsabiqələr keçirilib. Qaliblərə mükafatlar verilib. Çay süfrəsi arxasında keçirilən bayram tədbirində respublikanın müxtəlif yerlərindən gəlmiş qonaqlar, Lənkəran ictimaiyyətinin nümayəndələri, mətbuat işçiləri iştirak ediblər.

COMMENTS