Lənkəranda avtomobil 20 yaşlı gənci vurub

Lənkəranda avtomobil 20 yaşlı gənci vurub

Lənkəranda 20 yaşlı gənci avtomobil vurub.“Report”un məlumatına görə, hadisə rayonun Xolmili kəndində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Fərman Sünbül oğlu Səfərovu avtomobil vurub. Yaralı hadisəni törədən sürücü tərəfindən ağır vəziyyətdə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. F.Səfərova qapalı kəllə-beyin travması diaqnozu qoyularaq Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS