Lənkəranda yandırılmış meyitin kimliyi məlum olub – YENİLƏNİB

Lənkəranda yandırılmış meyitin kimliyi məlum olub – YENİLƏNİB

Lənkəranda yandırılmış vəziyyətdə tapılan meyitin kimliyi məlum olub

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində meyiti aşkar olunmuş şəxsin Lənkəran şəhər sakini, 1970-ci il təvəllüdlü Əli Eldar oğlu Cahangirov olduğu müəyyən edilib.

Hazırda faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirlir.

18:38

Lənkəran rayonunda meyit tapılıb.

“Report”un məlumatına görə, Lənkəran rayonunun “Kiçik bazar” deyilən ərazisində yandırılmış vəziyyətdə olan meyit aşkarlanıb.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.

Meyitin kimə məxsus olması və hadisənin hansı zəmində baş verdiyi araşdırılır.

 

COMMENTS