Lənkəranda yük maşını traktorla toqquşub, yaralılar var- FOTO

Lənkəranda yük maşını traktorla toqquşub, yaralılar var- FOTO

Lənkəranda yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Ələt-Astara magistralında Lənkəran rayonu ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan yük avtomobili traktorla toqquşub. Yük avtomobili idarəetməni itirərək yol kənarına aşıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin Lənkəran yanğından mühafizə hissəsinin texnikası, canlı qüvvəsi və Cənub Regional Mərkəzinin xilasediciləri yük maşınında sıxılıb qalanları çıxarırlar.

Qeyd edək ki, qəza nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır(azərtac).

COMMENTS