Lənkəran sakini 8 mağazanı soydu

Lənkəran sakini 8 mağazanı soydu

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan dosye.org-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini V.Heydərov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə V.Heydərovun oğurluq əməllərinin də üstü açılıb.

Belə ki, onun ayrı-ayrı vaxtlarda rayon ərazisindəki 8 mağazadan ümumilikdə 4000 manata yaxın dəyəri olan məişət əşyaları, tütün məmulatları, spirtli içkilər, nağd pul və sair oğurladığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS