Lənkəran sakini narkotik vasitə satarkən saxlanılıb, 2 kiloqram heroin götürülüb

Lənkəran sakini narkotik vasitə satarkən saxlanılıb, 2 kiloqram heroin götürülüb

Lənkəran sakinindən külli miqdarda narkotik vasitə olan heroin götürülüb.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Babayev narkotik vasitə heroini satarkən saxlanılıb.
Əməliyyat tədbirlərinin davamı olaraq onun evinə baxış zamanı oradan iki ədəd bağlamada 2 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.
Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

COMMENTS