Lənkəranda “Əmək Yarmarkası” keçirildi

Lənkəranda “Əmək Yarmarkası” keçirildi

Sentyabrın 26-da Lənkran Dövlət Universitetində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin təşkilatçılığı ilə “Əmək Yarmarkası” keçirilmişdir.

 

“Əmək Yarmarkasına” rayonun 25 müəssisə və təşkilatlarından 271 boş (vakant) iş yeri çıxarılmışdır. Çıxarılan iş yerlərindən 12-si dövlət, 7-si qeyri-dövlət, 2 xarici şirkət, 4 fiziki şəxs olmaqla, 118-i fəhlə, 136-ı qulluqçu, 17 yer xidmət sahələri üzrə cəmi 271 iş yeri təqdim olunmuşdur.
“Əmək Yarmarkası”na iş yeri çıxaran müəssisə və təşkilatlarda minimum əmək haqqı 113 manat, maksimum əmək haqqı isə 1334 manat olmuşdur. Yarmarkada 105 nəfər (3 nəfər kvota yerlərinə) işsiz və işaxtaran vətəndaşa müvafiq iş yerlərinə göndərişlər verilmiş, 30 nəfər peşə hazırlığı kurslarına cəlb olunmuşdur

COMMENTS