Lənkəranda bədbaxt hadisə: yaşlı qadın quyuya düşərək ölüb

Lənkəranda bədbaxt hadisə: yaşlı qadın quyuya düşərək ölüb

Lənkəranda yaşlı qadın ehtiyatsızlıqdan boğularaq dünyasını dəyişib.

Dosye.org APA-ya istinadən xəbər verir ki, şəhər sakini 1959-cu il təvəllüdlü Mirzadə Mirhəsən qızı Əskərovanın cansız bədəni yaşadığı ünvandakı su quyusundan tapılıb.

Qadının meyitini ilk olaraq bacısı aşkar edib. Bədbəxt hadisənin ehtiyatsızlıqdan baş verdiyi ehtimal edilir. Meyit müayinə olunmaqdan ötrü Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

DOSYE.ORG

COMMENTS