Lənkəranda qasırğa olub

Lənkəranda qasırğa olub

Min metrdən artıq naqil qırılıb, 50-dən artıq elektrik dirəyi aşıb

Bir neçə gündür ki, ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti cənub bölgəsində enerji təsərrüfatına ciddi ziyan vurub. ANS TV-nin məlumatına görə, dünən axşam saatlarında cənub bölgəsində yağışla müşayiət olunan çox güclü qasırğa baş verib. Lənkəranda iki saat davam edən qasırğa bölgədə ciddi fəsadlar yaradıb.

Şəhərin özündə işıq qismən bərpa olunsa da, kəndlər tamamilə qaranlığa qərq olub. Lənkəran şəhər işıq idarəsindən qasırğa nəticəsində min metrdən artıq naqilin qırıldığı, 50-dən artıq elektrik dirəyinin aşdığı bildirilib. 

Hadisə zamanı yola aşan ağaclar qaz təminatına da ziyan vurub. Həzi Aslanov xiyabanında 9 ailənin məskunlaşdığı iki mərtəbəli yaşayış evinə yaxın ərazidə ağaclar kökündən çıxaraq yollara aşıb. L-11

COMMENTS