Laçınlılar İlham Əliyevə müraciət etdilər

Keçmiş xüsusi təyinatlı polis dəstəsindən olan laçınlı müharibə veteranları Ali Baş Komandan İlham Əliyevə müraciət ediblər.

“Avropa.info”nun yaydığı müraciətdə deyilir:

“Cənab Prezident! Cəbhə bölgəsində baş verən son hadislər və ordumuzun rəşadətli döyüş numayiş etdirməsi bizdə inam yaradır ki, sizin komandanlığınız altında qısa bir zamanda torpaqlarımızın işğaldan azad edilməsinə nail olacağıq. Sizin Azərbaycanın işğal altında olan rayonlarının azad edilməsi istiqamətindəki gərgin, eyni zamanda səmərəli fəaliyyətiniz öz bəhrəsini verməkdədir və biz laçınlı keçmiş döyüşçülər bunu dəstəkləyirik.

Cənab Prezident, sizi əmin edirik ki, istənilən anda Birinci Qarabağ müharibəsinin Laçından olan bütün döyüşçüləri səfərbər olaraq əmr və göstərişlərinizi yerinə yetirməyə hazırıq.

Cənab Prezident! Torpaqlarımızın yağı tapdağından azad olunması uğrunda, sizin tərəfinizdən məqbul hesab edilən hər bir seçim biz döyüşçülər tərəfindən yüksək səviyyədə dəstəklənəcəkdir. Biz inanırıq ki, sizin komanadanlığınızla başlayacaq bu savaş, Azərbaycan Respublikasının tam qələbəsi ilə sona çatacaqdır.

Hörmətlə, Birinci Qarabağ müharibəsinin laçınlı döyüşçüləri”.

COMMENTS