Top.Mail.Ru

Laçın icra hakimiyyətindən TƏKZİB

Laçın icra hakimiyyətindən TƏKZİB

“Youtube” videokanalında “AzTimes TV” tərəfindən yerləşdirilmiş “Aqil Nəzərlinin qayınatasının şok səs yazısı yayıldı” başlıqlı videomaterial həqiqiəti əks etdirmir.

“Youtube” videokanalında “AzTimes TV” tərəfindən 15.05.2020-ci il tarixdə yerləşdirilmiş “Aqil Nəzərlinin qayınatasının şok səs yazısı yayıldı.” Başlıqda yayımlanmış məlumatda Aqil Nəzərlinin qayınatası kimi qeyd edilmiş və telefon bağlantısında olan şəxs Laçın RİH-nin başçısı Aqil Nəzərlinin qayınatası deyildir.

Belə ki, Aqil Nəzərlinin qayınatası, mərhum Abbasov Şakir Şahmar oğlu 20.04.2009-cu il tarixdə vəfat etmişdir.

Ona görə “Youtube” videokanalında “AzTimes TV” tərəfindən yerləşdirilmiş həmin auidioyazıda qeydə alınmış telefon danışığında səsləndirilən məsələlərin Laçın RİH-nin başçısı Aqil Nəzərli ilə heç bir əlaqəsi, eyni zamanda həmin şəxsin Aqil Nəzərli ilə yaxın qohumluğu yoxdur.

DOSYE.ORG

COMMENTS