Laçın rayonunun sakinləri yerli Mədəniyyət və Turizm Şöbəsinin fəaliyyətindən narazılıq edirlər. JAM.AZ-a müraciət edən Ağcabədi rayonu, Taxtakörpüdəki 552 saylı qəsəbədə məskunlaşmış YAP üzvü Axundov Xalid Umbay oğlu və Laçının Kalafalıq kənd sakini Əlsəgər Əhliman oğlu Qasımov bildirirlər ki, şöbənin baş mühasibi Şakir İsmayılov və Şəmkənd kənd Uşaq Musiqi Məktəbinin direkoru Səfər Quliyev birlikdə korrupsiya və rüşvətxorluqla məşğuldurlar.
Şikayətçilər bildirirlər ki, sözügedən şəxslər Şəmkənd Uşaq Musiqi Məktəbindən öz şəxsi məqsədləri üçün istifadə edərək, oranı gəlir mənbəyinə çeviriblər. «Şakir İmsayılov və Səfər Quliyev Həmkarlar İttifaqına ayrılmış pulları və ezamiyyə üçün nəzərdə tutulmuş vəsaitləri özlərinə götürərək, həmin pullarla fermer təsərrüfatı yaradıblar. Bundan başqa, Səfər Quliyev dəyəri 100 min manat olan, məktəbin yaxınlığında özünə market və ev alıb».
Xalid Axundov və Ələsgər Qasımov yazırlar ki, adları çəkilən şəxslər həmçinin kənd mədəniyyət evlərini təmir etdirmək üçün qəribə vasitələrdən yararlanırlar. Onların bildirirdiyinə görə, kəndlərdəki müxtəlif uçuq damlı evlərin qarşısına «Mədəniyyət Evi» lövhəsi vuraraq, guya, buranın mədəniyyət evləri olduğunu sənədləşdirirlər. «Daha sonra isə onların fotolarını çəkərək müvafiq dövlət qurumlarına göndərərək, həmin «Mədəniyyət Ev»lərinin təmir edilməsinin zəruri olduğuna inandırılar. Pul ayrıldıqdan sonra isə həmin vəsaiti şəxsi məqsədlərinə istifadə edirlər. Heç bir təmir işi aparmırlar».
Laçın sakinləri qeyd edirlər ki, Şəmkənd Uşaq Məktəbində 120 nəfərin adı jurnalda olsa da, dərsə gələnlərin cəmi sayı 5-10 nəfərdən artıq deyil. «Həmçinin Laçın rayon kənd Mədəniyyət Evlərinin qışda isidilməsi üçün ayrılmıq yanacaq da rayondakı YDM-lərdə satdırılır. Mədəniyyət və Turizm Şöbəsinə məxsus olan avadanlıqları isə dükanlara, marketlərə verirlər».
X.Axundov və Ə.Qasımov daha sonra qeyd edirlər ki, dövlət büdcəsindən ayrılmış vəsait hesabına musiqi alətləri və kompyüter avadanlıqlarının alınması nəzərdə tutulsa da, bunu düzgün həyata keçirməyiblər. Belə ki, həmin pulla istifadəyə yararsız kompyüter avadanlığının alındığı, laki nonu yüksək məbləğə sənədləşdirildiyi deyilir. «Latın qrafikasını bilməyən Səfər Quliyevin idarəetmədən xəbəri belə yoxdur. Onun hansı haqla direktor vəzifəsini tutması müəmmaldır».
Şikayətçilər dövlət başçısına müraciət edərək, Laçın rayon Mədəniyyət və Turizm Şöbəsində baş verənləri, habelə Şəmkənd Uşaq Musiqi Məktəbində araşdırmaların aparılmasını və bunun Laçın rayonunun rəsmiləri hesabına deyil, Bakıdan gələn komissiyanın yardımı ilə edilməsni xahiş ediblər.
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
COMMENTS