Laçın Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib

Laçın Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib

2015-ci il 20 may tarixdə Laçın Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilmişdir. İclasda Rayon İcra Hakimiyyəti başçısı aparatının işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələr də daxil olmaqla 80 nəfər iştirak etmişdir.

Şura iclasında “Laçın rayonundan olan məcburi köçkün ailələrinin müvəqqəti məskunlaşdıqları ərazilərdə aparılan təmir-tikinti, abadlıq, quruculuq və yaşıllaşdırma işlərinin vəziyyəti haqqında”, “Taxtakörpü ərazisində Laçın rayonu üzrə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda işləyən gecə gözətçilərinin öz vəzifələrini icra etmək vəziyyətinin yoxlanılması ilə bağlı keçirilmiş reydlərlə bağlı Laçın Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2015-ci il 21 aprel tarixli iclasında verilmiş tövsiyə və tapşırığın icrası vəziyyəti haqqında” və “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 29 aprel tarixli 503 nömrəli Fərmanından irəli gələn məsələlər və qarşıda duran vəzifələr haqqında” məsələlər ətraflı müzakirə edilmiş, bu sahələrdə görülən işlərdən bəhs olunaraq qarşıda duran vəzifələr müəyyənləşdirilmiş, hər bir məsələ üzrə müvafiq qərarlar qəbul edilmişdir.
İşgüzar şəraitdə keçmiş Şura iclasında gündəlikdə duran vəzifələr üzrə açıq müzakirələr və qarşılıqlı fikir mübadilələri aparılmış, əldə edilmiş nailiyyətlərlə yanaşı qarşıda duran vəzifələrin vaxtında və səmərəli həyata keçirilməsi üçün mövcud imkanlardan maksimum istifadə olunması hər bir əməkdaşın əsas vəzifəsi hesab edilmişdir.

COMMENTS