Laçın rayon icra hakimiyyətində BİABIRÇILIQ: başçı vəzifə alverində

Azərbaycan Respubilkasının Prezidenti

İlham Əliyev Cənablarına

Surəti: Birinci Xanım Mehriban Əliyevaya

Surəti: Prezidenti Administrasiyasının rəhbəri

 Ramiz Mehdiyev Cənablarına

Surəti: Təhsil Naziri Mikayıl Cabbarov Cənablarına

Surəti:  Baş nazir  Artur Rasi-zadə Cənablarına

Surəti: Baş prokuror Zakir  Qaralov cənablarına

Surəti:  Baş prokuroru yanında Korrupsiyaya qarşı  Mübarizə Baş İdarəsinin Rəisi Kamran Əliyev cənablarına

Laçın rayon sakini hal-hazırda Ağcabədi rayon Taxta-Körpü ərazisində Şeylanlı Obasında Müvəqqəti Məskunlaşmış  Xudayarov Baxşeyiş Salyan oğlu tərəfindən

                                                                   ƏRİZƏ

Hörmətli  Cənab  Prezident,

 Laçın rayon İcra Başcısı Aqil Nəzərli rayon əhalisinin problemləri ilə maraqlanmaq həll etmək əvəzinə kadır alveri ilə məşxuldur. Laçın rayonunda elə bir mühüt yaradıb ki,  Korrupsiya rüşvətxorluq məmur özbaşnalığı  əhalinin səbir kasasın daşdırıb.

A.Nəzərli Laçın rayon idarə və müəssələrində olan bütün dövlət qulluğu vəzifələrini həraca çıxarıb

Ixtisasından, diplomunun saxta olmasından, hərbi xidmətdə olmamasından aslı olmayaraq pulu olan istənilən şəx pulun verib  vəzifə ala bilər. Adi dövlət qulluqçsundan tutmuş, idarə və müəssə rəhbərliyinə icra başcısının müavin postuna kimi  istənilən vəzifəni açıq bazar mühütudu.

Bir çox hallardada hazırkı idarə və müəssə rəhbərləri və icra başcısının  müavinləri tutuqları vəzif ilə vidalaşacağını qabaqcadan başa düşüb A. Nəzərlinin tələb etyi məbləği verməyə məcbur olublar.

Məsələn: Belə bir taktiqadan ikinci dəfə istifadə edib Vəzifədə qalmağı bacaran İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdri  Eldəniz Qasımov 2012-2013 –cü ildə Laçın rayon İcra Hakimiyyətinin tabeliyinde formalaşmış xeyiriyyə fondundan küllü miqdarda vəsaiti yaxın qohumlarının adına yazıb mənimsədiyinə görə Laçın Rayonun sabiq İcra Başçısı R.Cəbrayılıov tərəfindən vəzifədən qovulmuşdur. Lakin R.Cəbrayılıov işdən çıxdıqdan sonra E.Qasımov yüksək məbləğdə rüşvət verərək yenidən İcra Hakimiyyətinə Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdri təyin edilmişdir.

 Laçın rayon idarə və müəssə rəhbərlərinin yol verdiyi ciddi korrupsiya faktları və məmur özbaşınalıqları haqqında Laçın rayon sakinlərinin Cənab prezidentə və aidiyyatı dövlət orqanlarına ünvanladğı müracətlər baxılması üçün aidiyyatı üzrə Laçın rayon icra hakimyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə  göndərilsə də şöbə müdri Eldəniz  Qasımov idarə və müəssə rəbərlərindən rüşvət alaraq vətəndaşların müracətlərinə baxılmaması üçün şərait yaradır və dövlət orqanlarına yanlış izahatlar verərək vətəndaşların müracətlərini  üst bastır edir.

 Cənab Prezident,

 Əhalinin yeganə çıxış yolu sizə və Prezident Administrasiyasının rəhbərinə yazılı müracətlər gondərməkdir. Bu müracətlər aidyati üzrə prezident aparatında Laçın rayon ukratoru Ağa əli müəllimə verilir. Ağa əli müəllim ayda bir dəfə vətəndaşlarla görüşmək adı altında Ağcəbədi rayon taxta körpü qəsəbəsinə gəlir . Ağa əli müəllim rayona gəlməmişdən qabaq Laçın rayon İcra Hakimyəti tərəfindən Ağa əli müəllimin şərəfinə elə bir ziyafət təşkil olunur ki,  Ağa əli müəllim vətəndaşlarla görüşə gəldiyi yadan çıxır məclis qutarandan sonra Ağa əli müəllim Laçın rayon idarə və müəssə rəhbərlərindən  aylıq hesabın aldıqdan  sonra prezident aparatına qayıdır. Buda Ağa Əli müəllimin vətəndaşlarla görüşü olur, Cənab Prezident.

COMMENTS