İyunun 13-də ermənilərin “Berdzor” adlandırdıqları Laçında hərbçi dəfn edilib. Bu barədə xəbər verən erməni mətbuatı yazır:
“İyunun 11-də Dağlıq Qarabağdakı döyüş mövqelərindən birində həlak olmuş müddətli həqiqi hərbi xidmət qulluqçusu 20 yaşlı Edqar Melkonyan iyunun 13-də doğma Berdzor şəhərində dəfn edilib. Bu barədə “Dağlıq Qarabağ Respublikası”nın Kaşatak rayonunun administrasiyasından məlumat veriblər.
Öncə xəbər verildiyi kimi, iyunun 11-də saat 01:30 radələrində Dağlıq Qarabağın cənub istiqamətindəki döyüş mövelərində yerləşən hərbi hissələrdən birində 1995-ci il təvəlüdlü Edqar Gennadiyeviç Melkonyan həlak olmuşdur. Ölüm faktının səbəbləri araşdırılır”.
Xəbərdə erməni əsgərin avtomat silahla öz çənəsindən atəş açması nəticəsində öldüyü bildirilir.
COMMENTS