Laçınlı məcburi köçkünlərin məskunlaşdıqları qış obalarında əhaliyə səyyar həkim briqadaları tərəfindən tibbi xidmətin göstərilməsi davam edir

Laçınlı məcburi köçkünlərin məskunlaşdıqları qış obalarında əhaliyə səyyar həkim briqadaları tərəfindən tibbi xidmətin göstərilməsi davam edir

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun təşəbbüsü ilə Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkimlərindən ibarət səyyar həkim briqadaları təşkil olunmuşdur. Səyyar həkim briqadaları təcili yardım maşınları, zəruri dərman və sarğı materialları ilə təchiz edilmişdir.

Gündəlik olaraq rayon əhalisinin daha sıx məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki qış obalarında əhaliyə tibbi xidmət göstərilir. 24 iyun 2015-ci il tarixdən başlayan aksiya rayon sakinlərinin müvəqqəti məskunlaşdığı Mirik, Minkənd, Qoşasu, Qarıqışlaq və Fingə obalarını əhatə etmişdir.

Məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Taxtakörpü obalarında təşkil olunmuş səyyar tibbi müayinə zamanı aşkar olunmuş xəstələrə ambulator müalicə təyin edilmiş, digərlərinə səhhətlərindəki problemə görə aidiyyatı səhiyyə müəssisələrinə müraciət etmələri tövsiyyə olunmuşdur.

Qocaların və ev şəraitində xəstə vəziyyətdə olan insanların tibbi müayinəsinə xüsusi fikir verilmişdir.
Səyyar həkim briqadasının göstərdiyi xidmət rayon sakinləri tərəfindən yüksək razılıqla qarşılanmışdır.
Bu aksiyanın ilin isti günlərində davam etdiriləcəyi nəzərdə tutulmuşdur.

COMMENTS