Lamiyə Quliyeva yeni açıqlaması ilə kimləri gündəmə gətirdi?

Dosye.org Modern.az saytına istinadən xəbər verir ki, Lamiyə Quliyevanın ANS telekanalına müsahibə zamanı necə hamilə qalması haqda dedikləri bundan sonra olayla bağlı müakirələri daha da qızışdıracaq.

Lamiyənin sözlərindən belə məlum olub ki, o, uşağının atası ilə Kürdəxanı təcridxanasında öz istəyi ilə cibnsi əladə olub. Halbuki, qanunla həmin təcridxanada bu, qəti qadağandır.

“Mənim uşağımın atası məhkumdur. Onunla könüllü şəkildə görüşmüşük, DNT testi də verilib, nəticələr də məlumdur. Dustaqlıqda belə bir şey var ki, əlaqə saxlaya və görüşə bilirsən. Mən axırıncı dəfə Kürdəxanıya göndəriləndə onunla tanış oldum”.

L.Quliyeva süni mayalanmanı inkar edərək deyib: “Bunlar boş sözlərdir. Elə bir şey mümkün olsaydı, bütün qadın məhkumlar ana olardı. Mən nə laborant, nə də professoram ki, elə bir şeyə əl atım. Sadəcə olaraq biz danışdıq və görüşdük. Bizə şərait yaradıldı və görüşdük. Düzü bilmirdim ki, ana olacam. Amma o məqsədlə görüşdük ki, mən ana ola bilim”.

Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun oğlunun ölümündə təqsirləndirilmiş məhkum Lamiyə Quliyeva Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən 2003-cü ilin mayında həbs olunub. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Lamiyə Quliyeva 10 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan Lamiyə Quliyeva barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.

Baş Prokurorluq isə həmin hökmdən apelyasiya protesti verib. Fevral ayının 20-də Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə bu iş üzrə proses davam etdiriləcək.

COMMENTS