Lavrov Azərbaycana gəldi

Lavrov Azərbaycana gəldi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana gəlib.

“DOSYE.ORG”  TASS-a istinadən xəbər verir ki, Rusiya XİN rəhbərinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Sergey Lavrov fevralın 27-28-də Azərbaycan Respublikasında rəsmi səfərdə olacaq.

Qeyd edək ki, Lavrovun Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev tərəfindən qəbul ediləcəyi gözlənilir.

COMMENTS