Lavrov Paşinyanın yalanını belə ifşa etdi

Lavrov Paşinyanın yalanını belə ifşa etdi

Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov Ermənistan hakimiyyəti və şəxsən Baş nazir Nikol Paşinyan tərəfindən ictimaiyyətə təqdim olunan böyük yalanı ortaya çıxardı.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan mətbuatı yayıb.

Medianın yazdığına görə, Lavrov qeyd edib ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sənədlər baxılmaq üçün təqdim olunub. Sənədlərə əsasən Ermənistan bir sıra işğal olunmuş rayonları geri qaytarmalı olacaq.

“Biz masa üzərində olan sənədləri imzalamaq qərarına gəldikdə, bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası istiqamətində vacib addım olacaqdır. BMT sənədlərində, bəli, Azərbaycan Respublikasının ərazi bütövlüyü öz əksini tapır”, – deyə Lavrov qeyd edib.

Ermənistan mətbuatının yazdığına əsasən, bu yaxınlarda Baş nazir Nikol Paşinyan danışıqlar masasında heç bir sənədin olmadığını israr edirdi. Paşinyan deyirdi:

“Hazırda danışıqlar masasında heç bir sənəd yoxdur və daha əsaslı danışıqlar mərhələsinə yaxınlaşmaq üçün çalışmalıyıq”.

Erməni KİV-i yazır ki, Rusiya xarici işlər naziri öz çıxışında tərəflərə yeni sənədlərin 2019-cu ilin aprelində göndərildiyini qeyd edib. Bu o deməkdir ki, Baş nazir Paşinyanın mövcud sənədlər haqqında öncədən xəbəri olub, amma naməlum səbəblərdən ictimaiyyətə yalan danışıb.

Demək ki, işlər Ermənistan hakimiyyətinin istədiyi kimi getmir.

DOSYE.ORG

COMMENTS