Lavrovdan Ermənistana sərt mesaj: Vəziyyət nikbinlik yaratmır!

Lavrovdan Ermənistana sərt mesaj: Vəziyyət nikbinlik yaratmır!

Avropa İttifaqının Ermənistandakı missiyası NATO missiyasına çevrilir.

Modern.az xəbər verir ki, bunu “İzvestiya” qəzetinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

O qeyd edib ki, indi Norveç, Kanada və ABŞ-dən hərbi qulluqçular hələ də oraya göndərilir və Avropa İttifaqının missiyasını Şimali Atlantika Alyansının missiyasına çevirirlər.

Lavrov vurğulayıb ki, Ermənistanla Rusiya arasında münasibətlərdəki vəziyyət Ermənistan rəhbərliyinin Rusiya ilə münasibətləri bilərəkdən pozan mövqeyinə görə nikbinlik yaratmır:

“Ermənistan rəhbərliyi, açığını desək, uydurma bəhanələrlə son üç ilin tarixini təhrif edir, qəsdən Rusiya Federasiyası ilə münasibətlər pozulur, 102-ci hərbi bazada xidmət edən hərbi qulluqçularımız şərlənir, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qarşı böhtan atılır”.

Rusiyanın xarici işlər naziri əlavə edib ki, məhz KTMT çətin vəziyyətlərdə Ermənistanın maraqlarını dəfələrlə müdafiə edib və 2021-ci ildə Azərbaycanla münasibətlərindəki gərginliyi azaltmaq üçün bu ölkəyə öz sülhməramlı missiyasını göndərməyə hazır olub.

O xatırladıb ki, bu missiyanın mandatı 2021-ci ilin payızında İrəvanda keçirilən nazirlərin görüşündə tam razılaşdırılıb, bundan sonra Ermənistanın baş naziri Nikol Paşinyan konsensusun olmadığını bəyan edib.

COMMENTS