“Lazer Kursu” adı altında vətəndaşları aldadan dələduz xanımlar kimlərdir?

“Lazer Kursu” adı altında vətəndaşları aldadan dələduz xanımlar kimlərdir?

Ötən yazılarımızda “Prokurorluğun əməkdaşı şantaj olunur?-ŞOK” başlıqlı məqalə dərc etmişdik. Eyni zaman da məqalədə göstərilmişdir ki, Bakı şəhərində fəaliyyət göstərən dələduz qadınlar sadə vətəndaşların etimadından sui-istifadə edərək onların pullarını mənimsəyir.

Güya, xanımları “Lazer Kursu”na, sonra da işə düzəltmək adı ilə onlardan “Leobank” a təcili pul çörülmələrini tələb edir. Bu işdə Səbinə və Fidan adlı qadınlar əlbir olaraq fəaliyyətlərini davam etdirirlər.

Əldə etdiyimiz son məlumatlara görə, Səbinə adlı xanım öz çirkin əməllərindən çəkinməyərək prokurorluq əməkdaşını da şantaj etməkdən çəkinmir. Bu barədə bəzi məlumatları diqqətinizə çatdırmışıq. Maraqlı məqam ondan ibarətdir ki, şəhərin mərkəzində açıq-aydın dələduzluqla məşğul olmaq, hələ üstəlik ofis də kirayələmək hər “xanımın” işi deyil.

Gördüyünüz, “Leobank” kartı bir çox sadə vətəndaşlara tanış gələ bilər. Yəni, “Lazer Kursu”na yazılmaq istəyən xanımlar daha aydın şəkildə xatırlaya bilər. Hörmətli xanım oxucularımızdan xahiş edirik ki, Səbinə və Fidan adlı şəxslərin yalanlarına uymasınlar.

DOSYE.ORG-ın əldə etdiyi daha bir maraqlı məlumat ondan ibarətdir ki, Fidan özünü şəhid qızı kimi tıqdim edır. Əlbətdə ki, şəhidlərimiz bizim baş tacımızıdır. Amma belə bir iyrənc oyunlarda şəhidlərin adını hallandırmaq axmaqlıdır. Çox istərdik ki, hüquq mühafizə orqanları məsələni nəzarətə götürsün. Bizim araşdırmalarımız davam edir.

DOSYE.ORG

“Lazer kurslarına” dəvət edən dələduz xanım peyda olub-ŞOK

COMMENTS