“Legiya”da Mahir üçün dil kursları

“Legiya”da Mahir üçün dil kursları

Millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Legiya” legioner futbolçuları üçün klubun tədris mərkəzində dil kursları təşkil edib.

Qol.az Polşa mətbuatına istinadən xəbər verir ki, Varşava təmsilçisi əcnəbi oyunçuların yeni baş məşqçi Marek Qolebiyevskinin tapşırıqlarını daha yaxşı başa düşməsi üçün bu addımı atıb.

Legioner futbolçulara gələn həftədən etibarən 45 dəqiqəlik polyak dili dərsləri keçiləcək və artıq bünü üçün xüsusi müəllim də işə götürülüb.

DOSYE.ORG

COMMENTS