Leninin heykəlini aşırdılar

Ukraynada atəşkəs elan edildikdən sonra ölkənin şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 12 nəfər ölüb.

 

Bazar günü Ukrayna ordusunun zirehli avtomobilinə edilən hücum nəticəsində 9 əsgər öldürülüb. Donetsk rəsmiləri üç mülki vətəndaşın hadisə zamanı həyatını itirdiklərini deyib. Döyüşlər zamanı 32 nəfərin yaralandığı bildirilir.

Bu, sentyabr ayının 5-də əldə olunun atəşkəsdən sonra ən böyük itkili toqquşma sayılır. Aprel ayında başlayan hərbi qarşıdurma nəticəsində bu günə qədər 3500 insan həyatını itirib. Bu arada Xarkov şəhərində yerli sakinlər Vladimir Leninin heykəlini aşırıblar (ans).

COMMENTS