Tobi Maquayr, Lenardo di Kaprio, Yelizavet Benks və ABŞ-ın kino sənayesinin digər işçiləri sabiq dövlət katibi Hillari Klintonun prezident seçki kampansiyasının sponsorları olublar.
Musavat.com xarici qaynağa istinadən xəbər verir ki, aktyorlar Klintonun Los-Anceles şəhərində, Maquayr evində keçirdiyi vəsait toplanışı üzrə təntənəli gecədə iştirak ediblər.
Opponentlərinin onun yaşı ilə bağlı tənqidi atmacalarına cavab olaraq Hillari Klintob bildirib ki, prezident seçiləcəyi təqdirdə ölkə tarixində ən gənc qadın-prezident olacaq.
Bu, doğrudan da belədir, çünki Amerika tarixində heç vaxt qadın prezident olmayıb.
Məlumata görə, Klinton Los-Ancelesə səfəri zamanı öz seçki fondunu yarım milyondan çox artırmağa və Hollivud ulduzlarının gənc nəsli ilə dostluq əlaqələrini möhkəmlətməyə ümid edir.
COMMENTS